Qazaxıstan hakimiyyəti ölkənin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gücləndirilməsi üzərində işləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
“Hazırda Qazaxıstanın nümayəndəsi KTMT-nin baş katibidir. Qazaxıstan bu təşkilatı gücləndirməyə çalışır, bizim fikrimizcə, təhlükəsizlik sahəsində çox mühüm təşkilatdır, Qazaxıstan Respublikasının təhlükəsizliyində mühüm rol oynayıb, oynayır və oynayacaq”, - Vasilenko jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, təşkilat fəaliyyətini davam etdirir. Qazaxıstanda Ermənistanın KTMT-dən çıxmaq üçün hər hansı hüquqi addım atıb-atmaması ilə bağlı məlumat yoxdur, deyə o, aydınlaşdırıb. "Biz Ermənistanın KTMT-də iştirakını faktiki olaraq dayandırması ilə bağlı bəyanat görürük. Bildiyimə görə, Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq üçün heç bir hüquqi addım atmayıb. Yəni de-yure Ermənistan KTMT-də üzvlüyünü dayandırmır”, - deyə xarici işlər nazirinin müavini izah edib.