Azərbaycanda 11-ci sinif şagirdi vəfat etdi

11:46 - 29 Fevral 2024 - HADİSƏ

Bərdədə şagird dünyasını dəyişib.

Ucnoqta.az lent.az-a istinadən bildirir ki, Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hacılı Züleyxa Tanrıverdi qızı qəfil ölüb.

Bu barədə məktəb sosial şəbəkə səhifəsində məlumat yayıb.

Bildirilir ki, ölümə səbəb Z. Hacılının beyninə qəfil qan sızması olub. Mərhum şagird uşaq ikən anasını, bir neçə il əvvəl isə atasını itirib.

Xəbər xətti