Daha iki milyonçu Rusiya vətəndaşlığından imtina etdi

11:27 - 29 Fevral 2024 - DÜNYA

“Forbes” siyahısının keçmiş üzvləri, Amerikanın “Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya vətəndaşlığından imtina ediblər.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə Forbes milyonerlərin dostuna istinadən xəbər verir.

Rusiyanın Kipr Respublikasındakı səfirliyində iş adamları pasportlarından imtina ediblər. İndi onların ancaq ada dövlətinin vətəndaşlığı var. Baronov daimi olaraq İsveçrədə, Timaşev isə ABŞ-da yaşayır.

Milyonçular 2022-ci ilin əvvəlindən bəri Rusiya vətəndaşlığından imtina edən “Forbes”in 200 ən zəngin rusunun hazırkı və keçmiş üzvləri arasında səkkizinci və doqquzuncu iş adamları olublar. Onların arasında milyarderlər Timur Turlov (Freedom Holding), Yuri Milner (DST Global), Nikolay Storonski (Revolut), İqor Makarov (Areti), "Coalco"nun təsisçisi Vasili Anisimov, Troyka Dialoqun təsisçisi Ruben Vardanyan, həmçinin keçmiş milyarder Tinkoff Bank təsisçisi Oleq var. 

Xəbər xətti