Fransada Makronun impiçmentinə çağrıldı

10:32 - 29 Fevral 2024 - DÜNYA

Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Fransa hökumətini ölkə prezidenti Emmanuel Makrona impiçment elan etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, o, X sosial şəbəkəsində mövqeyini bildirib.

Filippo Makronun Fransaya nifrət etdiyi və onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışdığı fikrini ifadə edib.

“Parlamentarilərin nəhayət hərəkətə keçmələri üçün milli petisiya! Konstitusiyanın müharibə məsələsi üzrə səsə qoyulmasını tələb edən 35-ci maddəsi və 68-ci maddəsi: onu impiçment edin!” – siyasətçi yazıb.

Xəbər xətti