Fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 silah götürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dünən 3 ədəd avtomat silahı, 1 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 460 ədəd müxtəlif çaplı patron təhvil alınıb.
Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.