Yeni Zelandiya Rusiyaya qarı yeni sanksiyalar paketini açıqlayıb

08:07 - 29 Fevral 2024 - DÜNYA

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Rusiya bizneslərinə və vətəndaşlarına qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə departament rəhbərinin ölkə hökumətinin saytında dərc olunmuş bəyanatında deyilir.

Qeyd olunur ki, Yeni Zelandiya 45 Rusiya vətəndaşına və Rusiya müdafiə sənayesi üçün texnologiyaların alınması da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə məşğul olan 16 təşkilata qarşı sanksiya tətbiq edib. Yeni məhdudiyyətlər Rusiya neftinin qiymətlərinə və bəzi malların üçüncü ölkələr vasitəsilə Rusiya və Belarusa ixracına təsir edəcək, həmçinin Rusiya vətəndaşları və müəssisələri üçün maliyyə-iqtisadi məhdudiyyətləri ehtiva edir.

Xəbər xətti