Aİ-nin səkkiz ölkəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellə məktub göndərərək, daxili işlər orqanları, məhkəmələr və penitensiar sistemi hədəfə alacaq yeni sanksiyalar mexanizminin tətbiqinə çağırıb.
Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, bu ölkələr öz çağırışlarını Aleksey Navalnının ölümü ilə əsaslandırıblar.
Agentliyin məlumatına görə, məktubu Polşa, Rumıniya, Çexiya, İsveç, Finlandiya, Latviya, Litva və Estoniya imzalayıb. Onların fikrincə, Aİ-nin yeni sanksiyaları daxili işlər orqanlarının, məhkəmələrin və Rusiya penitensiar sisteminin əməkdaşlarına qarşı yönəlməlidir. Müraciət müəllifləri onların icma ölkələrinə girişinin qarşısının alınmasını və Avropa banklarındakı aktivlərinin, əgər orada aşkarlanarsa, dondurulmasını zəruri hesab edirlər.