Ronaldo ədəbsiz jestini izah etdi

19:54 - 28 Fevral 2024 - İDMAN

“Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldu rəqib azarkeşin qarşısında əlini qasıqlarına aparmağı “güc və qələbənin ifadəsi” adlandırıb.

Ucnoqqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, bunu Səudiyyə Futbol Federasiyasının nizam-intizam komitəsinin üzvlərinə bildirib.

“Bütün klublara hörmət edirəm. Və bu kadrlardakı hərəkət güc və qələbəni ifadə edir və bunda utanc verici heç nə yoxdur. Biz Avropada buna öyrəşmişik”, - Ronaldu bildirib.

Xəbər xətti