Xəbər verdiyimiz kimi, Ermənistan parlamentin spikeri Alen Simonyan İrəvan aeroportundan Rusiya sərhədçilərinin çıxarılmasını bildirmişdi
Ucnoqta.az xəbər verir ki, Ruisya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Simonyanın açıqlamasına münasibət bildirib. O, qeyd edib Kİ, Rusiya Federasiyasına Ermənistandan sərhədçilərin İrəvan aeroportundan çıxarılması ilə bağlı heç bir müraciət daxil olmayıb.
"Biz bunu rəsmi İrəvan nümayəndələrinin qeyri-dost davranışının növbəti nümunəsi kimi qiymətləndiririk. Lakin Milli Assambleya sədrinin qaldırdığı mövzulara görə nə dərəcədə məsuliyyət daşıdığı tam aydın deyil. Ermənistan hakimiyyətindən bizə heç bir müraciət daxil olmayıb" - Zaxarova bildirib.
"Sizi əmin edə bilərəm ki, Rusiya nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib. Biz həmişə suveren dövlətlərin milli qanunvericiliyinə hörmətlə yanaşırıq", - o deyib.