Qırmızı dənizdə gəminin yaxınlığında raket partlayıb

13:39 - 28 Fevral 2024 - DÜNYA

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hücum husilərin nəzarətində olan Hudeyda liman şəhərinin sahilindən 110 km əvvəl gecə baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Bildirilir ki, raket gəmidən bir neçə kilometr aralıda partlayıb.

Gəminin Yunanıstana məxsus Marşal adaları bayraqlı yük daşıyıcısı olduğu ehtimal edilir.

Xəbər xətti