Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyen Rusiyanın dondurulmuş aktivlərindən Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım üçün istifadə etməyi təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukrayna üçün birgə hərbi texnika almaq üçün istifadə etmək barədə danışmağa başlamağın vaxtı çatıb” - Avropa Parlamentində çıxışı zamanı von der Leyen deyib.
O, həmçinin Avropa ölkələrini müdafiə siyasətində daha çox işlər görməyə çağırıb.