Boğaziçi boğazı ilə hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
Bu tədbir boğazda əmələ gələn qatı duman səbəbindən həyata keçirilib.
Məlumata görə, səhər saatlarından boğazda görmə kəskin şəkildə azalıb. Duman əsasən boğazın şimal hissəsində, Qara dənizin sularına yaxın ərazidə formalaşıb. Hava şəraiti Boğaziçi üzərindən keçən avtomobil körpüləri ərazisində və İstanbulun Asiya hissəsində də pisləşib.