Qubada evdə partlayış olub, ana və qızı xəsarət alıb

11:04 - 28 Fevral 2024 - ÖLKƏ İÇİ

Quba rayonunun Talabıqışlaq kəndində fərdi yaşayış evində partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, partlayış nəticəsində həmin evdə yaşayan Humay Əliyeva və qızı Şükran Atayeva müxtəlif dərəcəli xəsarətlərlər alıb. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin ehtimala görə, partlayış qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib.

Hazırda fakt araşdırılır.///apa

Xəbər xətti