Goranboyda evdən 8 minlik cehizlik əşyalar oğurlanıb

09:17 - 28 Fevral 2024 - ÖLKƏ İÇİ

Goranboyda fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 8.000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb.

Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S. Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti