Fövqəladə vəziyyətdə olan "Fukusima-1" AES-in operatoru olan TERCO şirkəti stansiyadan təmizlənmiş aşağı radioaktiv suyun dördüncü partiyasını okeana axıdmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti şirkətə istinadən məlumat yayıb.
TEPCO-dan verilən məlumata görə, müvafiq işlər martın 16-dək davam edəcək. Ümumilikdə okeana 7,8 min ton suyun axıdılması planlaşdırılır.