Narkotiklərə Nəzarət Bürosu və Hindistan Hərbi Dəniz Qüvvələri birgə əməliyyat nəticəsində ölkədə son illərdə ən böyük narkotik müsadirələrindən biri olan 3,3 ton narkotikin qarşısını alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda gəminin hansı dənizdə aşkar edildiyi göstərilmədiyi halda, müdaxilə çərşənbə axşamı baş verib. Əməliyyat Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8 Poseidon sualtı patrul təyyarəsinin şübhəli gəmini aşkar etməsindən sonra başlayıb.
Ekipaj hüquq-mühafizə orqanlarına təhvil verilib, bəzi məlumatlara görə, söhbət adı açıqlanmayan beş xarici ölkənin vətəndaşından gedir. Müsadirə olunan narkotiklərin dəyərinin 120 milyon dollar olduğu bildirilir.