Ukraynaya ordu göndərmək digər ölkələrin suveren qərarıdır - Kirbi

00:16 - 28 Fevral 2024 - DÜNYA

Qoşunların Ukraynaya mümkün göndərilməsi üçüncü ölkələrin suveren qərarıdır. Lakin həm ABŞ, həm də Şimali Atlantika Alyansı əvvəllər belə planlarının olmadığını açıqlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu mövqeyi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Bu, hər bir NATO müttəfiqinin müstəqil olaraq qəbul etməli olduğu suveren qərardır. Siz NATO-nun baş katibi Stoltenberqin özünün dediyini eşitdiniz ki, onun, əlbəttə ki, NATO-nun himayəsi altında qoşun göndərmək planı və ya niyyəti yoxdur. Prezident Co Bayden bu münaqişənin əvvəlindən açıq şəkildə bildirdi ki, Amerika qoşunları döyüş əməliyyatları aparmaq üçün Ukraynada olmayacaq”, - o, bildirib.

Xəbər xətti