Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu Emmanuel Makronun Parisin gələcəkdə Ukraynaya ordu yeridəcəyini istisna etmədiyi sözlərini izah edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Məlumata görə, bu halda söhbət hərbçilərin münaqişədə iştirak etmək üçün göndərilməsindən getmir. O əlavə edib ki, Parisdə keçirilən konfrans zamanı Ukraynaya dəstək, o cümlədən minaların təmizlənməsinə yardım və Ukrayna hərbçilərinin təliminin gücləndirilməsi ilə bağlı müxtəlif ideyalar müzakirə olunub.
Lekornu vurğulayıb ki, heç bir variant üzrə konsensus əldə olunmayıb.
Nazir əlavə edib ki, “heç nəyi istisna etmirik demək zəiflik və ya gərginlik deyil”.