Salyan rayonunda körpə vəfat edib.
Ucnoqta.az Qafqazinfo-ya istinadla xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:
“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütün tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”.