Böyük Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) və Yəmənin üsyançı husilər Ənsar Allah hərəkatına qarşı sanksiyaları genişləndirib.
Ucnoqta.az xəbər verir ki, qara siyahının yenilənmiş variantı Krallığın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bura İran tərəfindən husiləri maliyyələşdirməyə məsul olduğu iddia edilən SEPAH komandirinin müavini Məhəmməd Rza Fəlahzadə Səid Əhməd Məhəmməd əl-Camal və Husilərin “Daxili İşlər Nazirliyinin rəis müavini” Əli Hüseyn Bədrəddin əl-Camal da daxil edilib. Bundan əlavə, SEPAH-ın üç bölməsi də sanksiyalara məruz qalıb.