Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Aİ-nin 27 ölkəsinin sammitdən sonra fevralın 1-də Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AP-nin press-relizində deyilir.
Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə, 39 deputat isə bitərəf qalıb.