Londonun Westminster Magistrates Məhkəməsi üç nəfəri "sağçı ekstremist fəaliyyətdə" şübhəli bilinərək saxlanıldıqdan sonra terror aktları hazırlamaqda ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxslər bir həftə əvvəl Mərkəzi və Şimali İngiltərənin üç şəhərində saxlanılıblar. Polis saxlanılanların konkret olaraq nə etməyi planlaşdırdığı və hüquq-mühafizə orqanlarının diqqətini hansı fəaliyyətlə cəlb etdiyi barədə məlumat açıqlamır. Prosessual dinləmə zamanı yalnız saxlanılan şəxslərin adları və yaşları qeyd olunub.