Taylandda Cənub-Şərqi Asiyanın ən böyüklərindən biri hesab edilən "Cobra Gold" beynəlxalq hərbi təlimi başlayıb.
Ucnoqta.az xəbər verir ki, manevrlərdə ABŞ, Tailand və digər 30-a yaxın ölkənin hərbçiləri iştirak edir.
Hərbi personal quru, dəniz və hava əməliyyatları zamanı hərəkətləri məşq edəcək. Bundan əlavə, aerokosmik və kiber təhlükələr zamanı təlimlərin keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, "Cobra Gold"un əsas tədbirlərində ABŞ, Tailand, Sinqapur, İndoneziya, Yaponiya, Cənubi Koreya və Malayziyadan olan hərbçilər iştirak edəcək.
Çin və Hindistan humanitar yardım bacarıqlarının inkişaf etdiriləcəyi əlavə təlimlərə qoşulacaq.
Daha 20 ölkənin nümayəndəsi müşahidəçi qismində çıxış edəcək. İştirakçıların ümumi sayı 10 minə yaxındır.