Naxçıvan Qaz İstismar Xidmətində yoxlamalar aparılır

15:01 - 27 Fevral 2024 - ÖLKƏ İÇİ

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində yoxlamalar aparılır.

APA xəbər verir ki, yoxlama Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi tərəfindən aparılır. Yoxlamanın məqsədi 2021-ci ilin yanvar ayından 2023-cü il dekabr ayının 31-dək olan dövrlərin maliyyə təsərrüfat fəaliyyətinin təftişidir.

Naxçıvan MR Qaz İstismar Xidməti məlumatı təsdiq edib.

Xəbər xətti