İsveç hazırda Ukraynaya öz ordusunu göndərmək niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bunu Krallığın baş naziri Ulf Kristersson bunu SVT telekanalında Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsinin istisna oluna bilməyəcəyi barədə bəyanatını şərh edərkən deyib.
İsveçin baş naziri İsveç qoşunlarının Ukraynaya göndərilməsini əhəmiyyətsiz adlandırıb.
Qeyd edək ki, Makron Kiyevə yardım mövzusunda dövlət və hökumət başçıları ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Qərb ölkələrindən qoşun göndərilməsinin mümkünlüyünün müzakirə edildiyini, lakin bu məsələdə konsensusun əldə olunmadığını bildirib. Eyni zamanda qeyd edib ki, zaman keçdikcə heç nəyi istisna etmək olmaz.