“Kəpəz” özünə stadion tapıb

14:38 - 27 Fevral 2024 - İDMAN

“Kəpəz”in ev oyunlarını keçirəcəyi stadion bəlli olub.

Ucnoqta.az İdman.biz-ə istinadən xəbər verir ki, bir müddət rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edən Gəncə təmsilçisi yenidən Tovuzda oynayacaq.

Daha əvvəl də matçlarını bu şəhərdə keçirən “Kəpəz” XXVI turda “Neftçi” ilə görüşəcək. Matç Tovuz şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, martın 9-da keçiriləcək oyun saat 15:00-da başlayacaq.

Xəbər xətti