Rus sərhədçiləri Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdır
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O, bildirib ki, Rusiya sərhədçiləri Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdır.
"Mən belə bir müzakirədə iştirak etməmişəm, amma düşünürəm ki, ordan getsələr, düzgün olardı. Onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm" - Simonyan deyib.
Parlamentin spikeri bəyan edib ki, FSB əməkdaşlarının hərəkətləri nəticəsində respublikanın sərhədləri dəfələrlə “daha həssas” olub.///tass