Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı YPG-nin liderlərindən olan "Azadi Derik" kod adlı Suriya əsilli Əminə Seyid Əhmədi Qamışlıda keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Ucnoqta.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2011-ci ildə terror təşkilatına qoşulan və Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatların plançısı olduğu müəyyən edilən Əhməd təqib edilib.
Terrorçu Əhmədin də Kilisdə mülki əhalini hədəf alan raket hücumları əmri verdiyi müəyyən edilib.