Yəmən husiləri Avropa və Asiya arasında internet əlaqəsini təmin edən dörd dənizaltı kabeli zədələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin “Globes” nəşri yazıb. Qeyd olunur ki, Qırmızı dənizdə Səudiyyə Ərəbistanın Ciddə və Şərqi Afrikadakı Cibuti arasında dörd dənizaltı rabitə kabeli zədələnib.
Bildirilir ki, zədələnmiş rabitə vasitələri AAE-1, Seacom, EIG və TGN şirkətlərinə məxsusdur. Qəza Avropa və Asiya arasında internet bağlantısında “ciddi fasilələrə” səbəb olub. Məqalədə bildirilir ki, ən çox Körfəz ölkələri və Hindistandan olan istifadəçilər zərər çəkib.
Globes qeyd edib ki, kommunikasiyaların təmiri ən azı səkkiz həftə çəkəcək.