1952-ci ildə ilk "Miss ABŞ" müsabiqəsinin qalibi olan aktrisa Jaklin Lokeri cümə günü 94 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun keçmiş əri Cek Uebbin bioqrafı Den Moyer “The Hollywood Reporter”ə bildirib.
"O, cümə günü Los-Ancelesdə öldü. O, mənim üçün ana kimi idi", - o, nəşrə deyib.
Ölümün səbəbi dəqiqləşdirilməyib.