İsveçin NATO-ya daxil olması Putinə siqnal olacaq - Baş katib

00:17 - 27 Fevral 2024 - DÜNYA

İsveçin NATO-ya daxil olması Rusiya prezidenti Vladimir Putinə alyansın qapılarının açıq olduğuna dair siqnal olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına bildirib.

“İsveçin daxil olması həm də Putinə NATO-nun qapılarının açıq olduğuna dair aydın siqnal göndərir”, - o, deyib. Onun fikrincə, Rusiya lideri tam əksini əldə edir.

Stoltenberqin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü alyans üçün faydalıdır, çünki ölkənin müasir sualtı qayıqları, döyüş təyyarələri və yaxşı təchiz olunmuş təyyarələri var.

Xəbər xətti