Bayden Meksika ilə sərhədə yaxın şəhərə səfər edəcək

00:01 - 27 Fevral 2024 - DÜNYA

Amerika prezidenti Co Bayden fevralın 29-da ABŞ-Meksika sərhədində yerləşən Brounsville (Texas) şəhərinə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

Onun sözlərinə görə, prezident Bayden ABŞ sərhəd rəsmiləri, hüquq-mühafizə orqanları və yerli liderlərlə görüşmək üçün cümə axşamı Braunsvilə gedəcək. 

 O, bildirib ki, prezident bir daha Konqresdəki Respublikaçıları siyasi oyunları dayandırmağa və sərhəd patrul heyətini, sığınacaq mütəxəssislərini, fentanil aşkarlama texnologiyasını və daha çox şeyləri genişləndirmək üçün lazım olan vəsaiti təmin etməyə çağıracaq.

Xəbər xətti