Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin ali qanunverici orqanının saytında yayımlanan iclasın moderatoru məlumat verib.
Deputatların 188-i İsveçin Alyansa qoşulmasını dəstəkləyib. 6 deputat əleyhinə səs verib. Macarıstan parlamentində 199 deputat var. Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi oldu.