Yüzlərlə fermer traktorluarla Avropanın kənd təsərrüfatı siyasətlərinə etiraz etmək üçün Brüsselin mərkəzinə toplaşıb.
Ucnoqta.az xəbər verir ki, Belçikanın paytaxtında iğtişaşları yatırmaq üçün polis su şırnaqlarından istifadə edir.
Nümayişçilər traktorlarla polis blokadasını yarıb, ot bağlamaları və avtomobil şinlərini yandırırlar. Etirazçılar pirotexniki vasitələrdən, tüstü bombalarından və əllərinə düşən hər şeydən istifadə ediblər. Yerli hüquq-mühafizə orqanlarının hesablamalarına görə, qəzəbli fermerlər ən azı 900 traktorla Brüsselə gəliblər.
Fəallar kənd təsərrüfatı nazirlərinin Avropadakı fermerlərin problemini müzakirə etmək üçün bu gün görüşməyi planlaşdırdıqları Avropa qurumlarının binalarına yumurta atıblar.