Ronalduya qarşı iş açıldı

11:46 - 26 Fevral 2024 - İDMAN

Səudiyyə Ərəbistanı Futbol Federasiyası “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronalduya qarşı milli çempionat matçında “Əş-Şəbab” azarkeşlərinə etdiyi jestlə bağlı araşdırmalara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti “Asharq al-Awsat” nəşrinə istinadən məlumat yayıb.

Fevralın 25-də “Əl-Nasr” səfərdə “Əş-Şabab”ı məğlub edib (3:2). Oyunda hesabı 87-ci dəqiqədə Ronaldo qələbə qolunu vurub. Final fitindən sonra portuqaliyalı əlini onun qulağına aparıb, daha sonra çanaq nahiyəsində bir neçə dəfə yelləyib. Qeyd olunur ki, bu jest oyun zamanı argentinalı hücumçu Lionel Messinin adını qışqıran rəqib azarkeşlərə ünvanlanıb. Qəzetin materialında deyilir ki, epizod Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi tərəfindən təhlil ediləcək.

Fevralın 8-də “Əl-Hilal” və “Əl-Nəsr” komandaları arasında keçirilən yoldaşlıq oyunundan (2:0) sonra Ronaldo yerdən “Əl-Hilal” şərfini götürərək onu bir neçə dəfə qasıq nahiyəsinə keçirdi, sonra yerə atdı. Oyun zamanı “Əl-Hilal” azarkeşləri də Ronaldonun qarşısında Messinin adını səsləndiriblər.

Xəbər xətti