Hindistanın mərkəzi Haryana, Pəncab və Uttar Pradeş əyalətlərindən fermerlər traktorlarla Yeni Dehliyə etiraz yürüşü keçiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.
Kənd təsərrüfatı texnikası cənub-şərqdən paytaxta doğru hərəkət edir. Bununla bağlı yerli hakimiyyət orqanları həmin istiqamətdə yaşayan sakinləri tıxaclarla bağlı xəbərdarlıq edir və şəxsi avtomobillərdən istifadəni dayandırmağa çağırır. Qonşu Noida rayonundan Yeni Dehlinin girişində barrikadalar quraşdırılıb və avtomobillərə əlavə yoxlama aparılır.