Messi yeni mövsümdə ilk qolunu vurdu

09:10 - 26 Fevral 2024 - İDMAN

Messinin qolu "İnter Mayami"ni "Los Anceles Qalaksi" ilə matçda məğlubiyyətdən xilas edib

Ucnoqta.az xəbər verir ki, MLS-in müntəzəm mövsümünün ikinci oyununda "Los Anceles Qalaksi" və "İnter Mayami" bərabərə qalıb.

Qarşılaşmada hesab 75-ci dəqiqədə açılıb, “Qalaksi”nin hücumçusu Deyan Yoveliç fərqlənib. "İnter Mayami" 92-ci dəqiqədə Lionel Messinin dəqiq zərbəsindən sonra məğlubiyyətdən xilas olub.

Qolun asistini argentinalı Jordi Alba edib.

Xəbər xətti