Məşhur aktyora qarşı daha bir təcavüz ittihamı

00:32 - 26 Fevral 2024 - DÜNYA

Fransalı aktyor Jerar Depardyenin təcavüzü ilə bağlı Paris prokurorluğuna yeni şikayət edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV vəkil Karin Duryeu-Diebolta istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Depardye tərəfindən 2021-ci ildə "Yaşıl Panjurlar" (Les Volets verts, 2022) filminin çəkiliş meydançasında soyadı qeyd olunmayan quruluşçu rəssam kimi çalışan 53 yaşlı Ameliyə qarşı iddia edilən cinsi təcavüzdən gedir.

Qadın aktyoru 2021-ci ilin sentyabrında filmin çəkilişləri zamanı ona qarşı "nalayiq ifadələr" söyləməkdə və həmçinin bədəninin müxtəlif nahiyələrindən "kobudcasına tutmaqda" ittiham edir.

Artıq Depardyeyə qarşı bir neçə oxşar şikayətlər edilib.

Xəbər xətti