Fransalı aktyor Jerar Depardyenin təcavüzü ilə bağlı Paris prokurorluğuna yeni şikayət edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV vəkil Karin Duryeu-Diebolta istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Depardye tərəfindən 2021-ci ildə "Yaşıl Panjurlar" (Les Volets verts, 2022) filminin çəkiliş meydançasında soyadı qeyd olunmayan quruluşçu rəssam kimi çalışan 53 yaşlı Ameliyə qarşı iddia edilən cinsi təcavüzdən gedir.
Qadın aktyoru 2021-ci ilin sentyabrında filmin çəkilişləri zamanı ona qarşı "nalayiq ifadələr" söyləməkdə və həmçinin bədəninin müxtəlif nahiyələrindən "kobudcasına tutmaqda" ittiham edir.
Artıq Depardyeyə qarşı bir neçə oxşar şikayətlər edilib.