ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Mir” milli ödəniş sisteminin operatoruna – Milli Ödəniş Kartı Sisteminə (MSCP) qarşı rəsmən sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika departamentinin saytında məlumat verilib.
ABŞ Departamentinin məlumatına görə, “Mir”in yayılması Rusiyaya öz maliyyə infrastrukturunu yaratmağa imkan verib. Bu, ölkəyə sanksiyalardan yayınmağa və beynəlxalq maliyyə sistemi ilə pozulmuş əlaqələri bərpa etməyə imkan verib.
"Mir" sistemi rusiyalılara Mastercard və Visa bank kartlarından Rusiyada heç bir məhdudiyyət olmadan istifadə etməyə imkan verir.