Nərimanla qürur duyuruq! - Futbolçunun valideynləri DANIŞDI 

18:00 - 23 Fevral 2024 - Cəmiyyət

Ölkəmizi Avropa Liqasında layiqli təmsil edən "Qarabağ" klubu tarix yazmağa davam edir. Portuqaliyanın "Braqa" klubunu ümumi nəticədə 6:5 hesabı ilə məğlub edən komandamız adını Avropa Liqasının 1/8 finalına yazdırdı. 

1/8 finalda komandamız Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.

"Braqa" ilə cavab oyununda komandamızı qələbəyə aparan qolu “Qarabağ” klubunun gənc futbolçusu Nəriman Axundzadə vurdu. Məhz onun son dəqiqələrdəki möhtəşəm zərbəsi vacib qələbəmizi təmin etdi.

Modern.az saytının əməkdaşı Nəriman Axundzadənin ailəsi ilə əlaqə saxlayaraq, valideynl'rinin oyunla bağlı təssüratlarını öyrənib.

Axundzadələr yüksək əhval-ruhiyyədə olduqlarını bildirərək, Nərimanın qələbədə mühüm rol oynamağından qürur duqduqlarını vurğulayıblar.

Ailəsindən saytımıza verilən açıqlamada Nərimanın kiçik yaşlarından futbola həvəsli olduğu söylənilib:

“Nəriman 2004-cü ildə Bakıda anadan olub. Daha sonra biz Lənkərana qayıtmışıq. O, Lənkəran rayonu 1 nömrəli tam orta məktəbə gedib. Lakin məktəbdə 7-ci sinfə qədər oxuyub. Çünki həmişə uşaqlarla futbol oynayırdı. O, hələ lap balaca olanda - 8 yaşından futbola gedirdi. Bu idmana həvəsi olduğu üçün “Xəzər-Lənkəran”a klubuna daxil oldu.

“Xəzər-Lənkəran” klubu fəaliyyətini dayandırdıqdan sonra Nəriman "Qarabağ"ın Futbol Akademiyasına daxil oldu”.

Valideynləri bildiriblər ki, onlar Lənkəranda yaşasalar da, Nəriman Bakıda “Qarabağ” klubunun Akademiyasında qalır. Gənc futbolçu subaydır.

Anası Nərimana gələcək oyunlarda da dua edəcəyini bildirib.

Qeyd edək ki, Axundzadələrin Nərimandan başqa bir ovladı da var. 

Xəbər xətti