Aİ polşalı fermerlərə 1,4 milyard avro ayıracaq

16:41 - 23 Fevral 2024 - DÜNYA

Aİ səlahiyyətliləri Ukrayna kənd təsərrüfatı məhsullarının idxalından zərər çəkən polşalı fermerlər üçün Avropa büdcəsindən 1,4 milyard avro ayırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə fevralın 23-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyen Polşada mətbuat konfransı zamanı bildirib.

"1,4 milyard avro dərhal Polşa fermerləri üçün əlçatan olacaq. Və daha da çox kömək olacaq" - o, qeyd edib.

AK rəhbəri əlavə edib ki, Avropa İttifaqı narahatlıqları eşidir və hərəkət edir, lakin Avropanın səyləri Ukraynaya yardıma yönəlməlidir, çünki bu, vacib məsələdir.

Xəbər xətti