Rusiya Aİ vətəndaşlarına qarşı sanksiyaların siyahısını genişləndirib

16:31 - 23 Fevral 2024 - DÜNYA

Rusiya Aİ-nin 13-cü sanksiyalar paketinə cavab olaraq ölkəyə girişi qadağan edilən icma vətəndaşlarının qara siyahısını genişləndirib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, siyahıya Kiyevə hərbi yardım göstərməyə məsul olan icmanın vətəndaşları, habelə Rusiya məmurlarının təqibində iştirak edən və Rusiya dövlət əmlakının müsadirə edilməsini müdafiə edən şəxslər daxil edilib.

Söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının və kommersiya təşkilatlarının nümayəndələrindən, Kiyevdəki neonasist rejiminə hərbi yardım göstərməyə cavabdeh olan Aİ-yə üzv ölkələrin vətəndaşlarından, Rusiya rəsmilərinin “qanunsuz” ittihamlarla mühakimə olunmasında iştirak edən Avropa strukturlarının nümayəndələrindən gedir. 

Bundan əlavə, “stop siyahısı”na Rusiyaya qarşı sistemli şəkildə aqressiv bəyanatlar verən Avropa Şurasının nümayəndələri, Avropa İttifaqı ölkələrinin qanunvericilik assambleyalarının üzvləri, ATƏT PA və AŞPA üzvləri də daxildir.

Xəbər xətti