Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakla bağlı Ermənistandan heç bir bildiriş almayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.
“KTMT-nin fəaliyyətinin hüquqi aspektlərinə gəlincə, bununla bağlı bizə heç bir rəsmi bildiriş daxil olmayıb”, - deyə o bildirib.