Aİ KXDR-in müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib

15:08 - 23 Fevral 2024 - DÜNYA

Avropa İttifaqı yeni sanksiyalar paketi çərçivəsində KXDR-in Xalq Silahlı Qüvvələri naziri Kanq Sun Nama qarşı şəxsi məhdudiyyətlər tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Rusiya tərəfinə iddia edilən ballistik raketlər və digər silahların tədarükünə görə tətbiq edilən sanksiyalara Şimali Koreyanın müdafiə departamentinin rəhbərinə viza qadağası və aktivlərinin dondurulması daxildir.

Şimali Koreyanın müdafiə naziri ilə yanaşı, Aİ-nin yeni sanksiyalar siyahısına Şimali Koreyadan Rusiyaya silah daşınması ilə bağlı 10 rus şirkəti və fiziki şəxsləri daxildir.

Xəbər xətti