Ermənistan KTMT-də iştirakını dondurur - Kreml izahat istədi

13:50 - 23 Fevral 2024 - DÜNYA

"Detallar çox vacibdir və ümid edirik ki, erməni dostlarımız hər şeyi izah edəcəklər"

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Demək istədiyim odur ki, həmkarlarımızla təmasda olub bu açıqlamaların mənasına aydınlıq gətirək” - o, qeyd edib.

Xatırladaq ki, Paşinyan Fransanın “France24” agentliyinə müsahibəsində təşkilatda iştirakının dondurulduğunu açıqlamışdı.

Xəbər xətti