Fransa Ermənistana hərbi texnikanın ilk hissəsini verdi

12:11 - 23 Fevral 2024 - DÜNYA

Ermənistan müdafiə idarəsinin rəisi Suren Papikyanla müxtəlif diapazonlu hava hücumundan müdafiə raketlərinin və digər hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu bu barədə mətbuat konfransı zamanı bildirib.

"Fransadan alınan hərbi texnikanın birinci hissəsi Ermənistana gəlib. Bunlar gecəgörmə cihazlarıdır, dünən axşam saatlarında gətirilib. "Bastion" zirehli texnikası da gələcək. Ermənistana müxtəlif mənzilli hava hücumundan müdafiə raketləri lazımdırsa, o zaman onlar veriləcək" - Lecornu deyib.

Xəbər xətti