Almatı sakinləri Qazaxıstanda seysmik təlim zamanı yeraltı təkanlar hiss ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Zəlzələnin episentri Çinin Almatı şəhərindən 259 km cənub-şərqdə yerləşib. Almatı şəhərində hiss olunma qabiliyyəti 2 baldır", - Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilir. Çində qeydə alınan zəlzələnin gücü 5,2 bal olub.
Almatıda yeraltı təkanlar saat 10:00-da başlayan ümumrespublika seysmik təlimdən 8 dəqiqə sonra hiss olunub.