ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda dünyanın çox yaxın olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə RSBN media şirkətinin YouTube kanalında yayımlanana verilişdə deyib.
"Mən III Dünya Müharibəsinin qarşısını alacağam. Biz III Dünya Müharibəsinə çox yaxınıq və bu, heç kimi olmayan bir müharibə olacaq", - o, tərəfdarlarına deyib.
Tramp həmçinin qeyd edib ki, o, Ağ Evə “Oval kabinetə gəlməmişdən” əvvəl sülhü bərpa edə, o cümlədən Ukrayna və Rusiya arasındakı münaqişəni həll edə bilər.