Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qar səbəbindən Gürcüstan Hərbi Yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolunu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
“Qar səbəbindən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində (Rusiya Federasiyası ilə sərhəd) qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir” - məlumatda deyilir.
Bildirilir ki, avtomobillər yolda dayanmadan və yalnız uçqunlardan qorunan tunellərlə hərəkət edəcək.